Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.
Bu fakt Scopus ofisindən Jomard Publishing nəşriyyatına göndərilən rəsmi məktubda öz əksini tapıb.

Diqqətəlayiqdir ki, jurnal Scopus tərəfindən qəbul edilmiş bütün meyarlar üzrə yüksək qiymət almışdır.

Jomard Publishing adından bütün redaktorlarımızı, redaksiya heyətinin üzvlərini, rəyçiləri, müəllifləri və texniki işçiləri təbrik edir, bu ciddi uğurun əldə edilməsində onların rolunu və töhfələrini dərindən qiymətləndiririk.

İnanırıq ki, Scopus -da indeksləşdirmə jurnalın müəllif cografiyasını əhəmiyyətli dərəcədə genişləndirəcək və bu da öz növbəsində onun elmi səviyyəsinin daha da yüksəməsinə töhvə verəcək.
https://suggestor.step.scopus.com/progressTracker/?trackingID=06E90AB1CA438C2E

Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.